Bakıda naməlum kişi meyiti tapıldı

17 Aprel 2017 06:46 (UTC+04:00)

Bakının Sabunçu rayonu ərazisində naməlum meyit aşkar edilib.

"Report" xəbər verir ki, Bakıxanov qəsəbəsindəki parkdan tapılan cəsəd təqribən 40-45 yaşlı kişiyə məxsusdur.

O, Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Hazırda meyitin şəxsiyyəti müəyyənləşdirilir.