123 saylı marşrutun hərəkət istiqaməti dəyişdi

17 Aprel 2017 18:42 (UTC+04:00)

123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi sabahdan etibarən müvəqqəti olaraq qismən dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, səbəb, Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. Dəyişikliyə əsasən, təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır və Binəqədi şosesindən keçməklə hərəkət edəcək.