34 illik həsrət bitdi - “Qağayılar” qayıdır

18 Aprel 2017 02:08 (UTC+04:00)

İngiltərə Çempionşipdə Premyer Liqaya vəsiqə qazanan ilk klub bəlli olub.

Publika.az xəbər verir ki, çempionatın 43-cü turunda evdə “Uiqan”ı Solomon Març və Qlenn Murreyin qollarıyla 2:1 hesabıyla məğlub edən “Brayton” növbəti mövsümdə Premyer Liqaya ilk vəsiqəni təmin edib.

“Qağayılar” bu uğurla 34 illik həsrətə son qoyub. Belə ki, klub İngiltərənin ən yüksək liqasında sonuncu dəfə 1982/83 mövsümündə görünüb.