“Sabah” qəzeti “Çırpınırdın Qara dəniz” qalmaqalına reaksiya verdi

13 May 2014 14:00 (UTC+04:00)

“Çırpınırdın Qara dəniz” adlı mahnın əslində erməni şairə aid olduğuna dair iddialara Azərbaycandan reaksiya gəlib”.

Publika.az” xəbər verir ki, Türkiyənin “Sabah” qəzeti sözləri Əhməd Cavada, musiqisi isə Üzeyir Hacıbəyova aid olan “Çırpınırdın Qara dəniz” mahnısının ermənilərə aid olması xəbərindən sonra Azərbaycan Konsulluğundan reakasiya gəldiyini bildirərək açıqlama verib:

“Türkiyədə məşhur olan “Çırpınırdın Qara dəniz” adlı mahnının bir erməni şairə aid olduğuna dair iddialara Azərbaycandan reaksiya gəlib. Azərbaycanın İstanbuldakı konsulu Həsən Zeynalov həmin mahnının Azərbaycan üçün bir marş olduğunu bildirərək "“Çırpınırdın Qara dəniz” həm söz olaraq, həm də musiqi olaraq tamamilə Azərbaycan mədəniyyətinə aid bir əsərdir” deyə qeyd edib”.

Vüsal Tağı