Ordumuzun hərbi təlimləri davam edir - FOTO

18 Aprel 2017 18:37 (UTC+04:00)

Hərbi təlimlər davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, davam edən təlimlərdə qoşunlar cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradılır.

Qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunub. Qərargahlarda tapşırıqlar aydınlaşdırılır, vəziyyət qiymətləndirilir, qərarlar qəbul edilir və qoşunlara müvafiq göstərişlər verilir.