Türkiyədə fövqəladə vəziyyət müddəti uzadıldı

18 Aprel 2017 20:21 (UTC+04:00)

Türkiyə hökuməti ölkə ərazisində fövqəladə vəziyyət rejimini daha 3 ay uzadıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə parlamenti qərar qəbul edib.

Beləliklə, parlamentin qəbul etdiyi bu qərarla ölkə ərazisində fövqəladə vəziyyət rejimi iyulun 19-dək davam edəcək.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan bir neçə dəfə uzadılıb.