Ermənistanda rus hərbçisi itkin düşdü

18 Aprel 2017 22:08 (UTC+04:00)

Ermənistanda rus hərbçisi itkin düşüb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiyanın Gümrüdəki hərbi bazasının hərbi xidmətçisi Dmitri Loşmanov aprelin 16-da alış-veriş etməyə gedib və geri qayıtmayıb. Hərbçi müqavilə ilə xidmət göstərirmiş və yataqxanada qalırmış.

Hazırda onun axtarışları davam edir.