Mosulda İŞİD-in "əsas snayperi" öldürüldü

19 Aprel 2017 05:31 (UTC+04:00)

İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının "əsas snayperi" öldürülüb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, öldürülən terrorçu İŞİD terror qruplaşması üçün snayperlərin hazırlanmasına rəhbərlik edib.

Daha əvvəl, İraqda İŞİD-in rəhbərlərindən biri olan Əbu Hacir ər-Rusinin öıdürüldüyü bildirilmişdi. Hər 2 terrorçu hökumət qüvvələrinin hücum əməliyyatları zamanı məhv edilib.