Ana müxalifət TBMM-dən çəkilir - CHP-dən TƏHDİD

19 Aprel 2017 17:24 (UTC+04:00)

Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) hakimiyyəti Türkiyə Böyük Millət Məclisindən (TBMM) çəkilməklə təhdid edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, CHP-nin sözçüsü Selin Sayek Böke canlı yayımda referendumun nəticələrini tanımadıqlarını bildirib.

“Referendumun elan olunan nəticəsini tanımırıq. Bunun üçün bütün demokratik haqlarımızdan istifadə edəcəyimizə şübhəmiz olmasın. TBMM-dən çəkilmək də buna daxildir”, - partiya sözçüsü deyib.

O, referendumun yenidən keçirilməli olduğunu vurğulayıb.

Qeyd edəkki, aprelin 16-da Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan Konstitusiya dəyişikliyi üzrə referendum keçirilib. Səsvermədə iştirak edənlərin 51,2 faizi Konstitusiyaya təklif edilən dəyişiklikləri dəstəkləyib.

Ömər Dağlı