Taylandda ardıcıl 13 PARTLAYIŞ

19 Aprel 2017 21:29 (UTC+04:00)

Taylandın cənub əyalətlərində ardıcıl planlaşdırılmış 13 partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Üçüncü Milli Telekanalı xəbər verib.

Məlumata görə, partlayışlar yerli vaxtla saat 19.00 və 22.30 arasında polis məntəqələri, daimi polis postları və polis əməkdaşlarının yaşadıqları yerlərın ətrafında baş verib.

Partlayışların əksəriyyəti yoldan keçən motosikletlərdən atılmış əl qumbaralı vasitəsilə törədilib.

Xəsarət alanlar barədə məlumat verilməyib.