Türkiyədə zəlzələ oldu

19 Aprel 2017 23:19 (UTC+04:00)

Türkiyənin Manisa vilayətində zəlzələ olub.

Publika.az “Milliyet”-ə istinadən xəbər verir ki, 4,0 bal gücündə olan yeraltı təkanların episentri Şahzadələr rayonunda, ocağı isə 5 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.