Cəlilabadda 3 otaqlı ev yandı

20 Aprel 2017 05:20 (UTC+04:00)

Cəlilabad rayonu, Privolnoye kəndində yanğın qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Cəlilabad rayonu, Privolnoye kəndində ümumi sahəsi 105 m2 olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün, 2 otağının yanar konstruksiyaları və ev əşyaları 85 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.