Neft bahalaşdı

20 Aprel 2017 09:17 (UTC+04:00)

Dünya birjalarında neft bahalaşıb.

Publika.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14 dollar və ya 0,28% artaraq 50,58 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar və ya 0,36% artaraq 53,12 dollar olub.