Gömrükçülərdən uğurlu əməliyyat

20 Aprel 2017 14:08 (UTC+04:00)

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında Gürcüstan istiqamətindən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21011" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Publika.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonundan 2340 ədəd "Davidoff" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.