Dini sekta qadağan olundu

21 Aprel 2017 07:45 (UTC+04:00)

Rusiya Ali Məhkəməsi bu gün "Yəhova şahidlərinin Rusiyadakı idarəetmə mərkəzi"nin fəliyyətinin ekstremist xarakterli olması barədə qərar qəbul edərək onun fəlaiyyətini qadağan edib.

Trend-in Sputnik-ə istinadən verdiyi məlumata görə, qərarı hakim Yuri İvanenko elan edib.

Sözügedən təşkilatın ləğv olunması barədə iddia ilə məhkəməyə Rusiya Ədliyyə Nazirliyi müraciət etmişdi.