Türkiyə 5 şəhid verdi, 45 terrorçu öldürüldü

21 Aprel 2017 12:21 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri son bir həftə ərzində keçirdiyi əməliyyatlarda 45 terrorçunu zərərsizləşdirib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri bildirib.

Əməliyyatlarda 5 əsgər şəhid olub. Anti-terror əməliyyatları Şırnak, Hakkari, Diyarbəkr, Batman, Mardin və Bitlis vilayətlərində keçirilib.

Ömər Dağlı