Terror kimi qəza - Maşın bazara girdi

22 Aprel 2017 01:00 (UTC+04:00)

Meksikada bazarda - "tianqis"də avtomobilin izdihamı vurması nəticəsində 10 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə paytaxtda baş verib. Xilasedicilər xəsarət alanların xəstəxanaya yerləşdirildiyini bildiriblər.

Qəzaya səbəb sürücünün sürət həddini aşması və nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

Qeyd edək ki, "tianqis"lər Mexikoda geniş yayılıb. Şəhərin bəzi rayonlarında küçələr 1 həftəlik nəqliyyat vasitələrinin üzünə bağlanılır və həmin ərazilərdə müxtəlif mallar, o cümlədən qida məhsulları satılır. (report)