Psixatrik xəstəxanada ölüm hadisəsi

22 Aprel 2017 04:39 (UTC+04:00)

Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən 1 saylı Psixatrik Xəstəxanasında ölüm hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1976-cı il təvəllüdlü Abbasov Rabbaq Atakişi oğlu xəstəxanada dünyasını dəyişib.

Məlumata görə o, xəstəlikdən əziyyət çəkirmiş.

R.Abbasovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.