Brüsseldə terrorla bağlı XÜSUSİ ƏMƏLİYYAT: 5 nəfər saxlanıldı

22 Aprel 2017 06:29 (UTC+04:00)

Belçika polisi terrorçuluqda şübhəli bilinən 5 şəxsi saxlayıb.

Publika.az xəbər verir ki, xüsusi əməliyyat paytaxt Brüsseldə keçirilib.

Məlumata görə, əməliyyat ötən ilin martında Brüsseldə törədilən terror aktları ilə əlaqəli deyil.

İstintaq sirri olduğundan, aparılmış istintaq-əməliyyat tədbirlərinin təfərrüatları ilə bağlı mətbuata hələ ki, məlumat verilmir.