Türkiyədə antiterror əməliyyat - 5 hərbçi həlak oldu

22 Aprel 2017 07:24 (UTC+04:00)

Türkiyənin təhlükəsizlik qüvvələrinin son həftə ərzində Şırnak, Hakkari, Diyarbəkir, Batman, Mardin və Bitlis vilayətlərində keçirdiyi antiterror əməliyyatları çərçivəsində 45 PKK terrorçusu zərərsizləşdirilib.

Publika.az xəbər verir ki, əməliyyatlar zamanı 5 hərbi qulluqçu həlak olub, daha 5 nəfər yaralanıb.

Baş Qərargahdan həmçinin bildirilib ki, 2016-cı ilin avqustundan Suriyanın şimalında 243 yaşayış məntəqəsi terrrorçulardan təmizlənib. Bununla da azad edilmiş ərazilərin sahəsi 201 kvadrat kilometrə çatıb. Hazırda El-Bab, Kabbasin və Bzaqah rayonlarının minalardan təmzilənməsi davam edir. (report)