Mərakeşin xarici işlər naziri Azərbaycana gələcək

22 Aprel 2017 16:14 (UTC+04:00)

Bu ilin payızında Mərakeşin xarici işlər nazirinin Azərbaycana səfəri gözlənilir.

Bunu Apa-ya açıqlamasında Mərakeşin Azərbaycandakı səfiri Adil Embarx deyib.

Onun sözlərinə görə, səfərin məqsədi hökumətlərarası birgə komissiyanın iclasında iştirak etməkdir: "İclasın dəqiq tarixi və proqramı müəyyənləşməyib. İlk iclasın bu ilin payızında Bakıda keçiriləcəyinə ümid edirik. Komissiyanın hər iki ölkədən həmsədrləri xarici işlər nazirləridir".