Maliyyə sektoruna investisiya artıb

22 Aprel 2017 18:16 (UTC+04:00)

Azərbaycanda maliyyə sektoruna cari ilin birinci rübü ərzində 0,4 mln. manat həcmində investisiya yatırılıb.

Publika.az-ın Dövlət Statistika Komitəsindənə istinadən verdiyi xəbərə görə, bu sahəyə sərmayə qoyuluşunda illik 2,6 dəfə artım qeydə alınıb. İqtisadiyyata məcmu sərmayə qoyuluşunda maliyyə sektorunun payı 0,01% təşkil edib.

Qeyd edək ki, 2017-ci ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 182,3 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0% çox vəsait yönəldilib.