Gəncədə bədbəxt hadisə: iş zamanı başına...

22 Aprel 2017 18:58 (UTC+04:00)

Gəncə şəhər sakini ağır xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə şəhərin 1-ci mikrorayonunda qeydə alınıb. Şəhər sakini 1971-ci il təvəllüdlü Elman Məmmədov ərazidə olan obyektlərin birində işləyən zaman başına dəmir darvaza düşüb. Ağır xəsarət alan E.Məmmədov Gəncədə fəaliyyət göstərən özəl xəstəxanalardan birinə yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.