Sakit okeanda ABŞ-Yaponiya birgə hərbi təlimləri başladı

23 Aprel 2017 23:24 (UTC+04:00)

Sakit okeanda ABŞ-la Yaponiyanın birgə hərbi təlimləri başlayıb.

Publika.az xəbər verir ki, təlimlərdə ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin zərbə qrupu iştirak edir. Ona "Karl Vinson" hərbi gəmisi rəhbərlik edir.

Hərbi təlimlər bir neçə gün davam edəcək. Təlimlər ərəfəsində ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib ki, "Karl Vinson" aprelin sonlarına qədər Yapon dənizində, Koreya sahilləri yaxınlığında olacaq.