Biləsuvarda avtomobil 60 yaşlı qadını vurdu

24 Aprel 2017 00:35 (UTC+04:00)

Biləsuvar rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında Biləsuvar şəhəri Nizami küçəsində qeydə alınıb. Belə ki, minik avtomobili yolu keçmək istəyən rayonun Bağbanlar kənd sakini, 60 yaşlı Əzizə Ağahüseyn qızı Əliyevanı vurub. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.