Bu telefonu itlərdən uzaq tutun

24 Aprel 2017 11:52 (UTC+04:00)

Cənubi Koreyanın Samsung Galaxy S8 smartfonu ev heyvanları üçün təhlükəlidir.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, smartfonun batareyasındakı toksinlər heyvanların orqanizminə ziyan edir.

Bununla bağlı şirkətə çoxsaylı şikayətlər daxil olub. Amma şirkət bildirir ki, toksinlər yalnız itlər üçün təhlükəlidir. O da smartfon elektrik şəbəkəsində olarkən heyvan onun yaxınlığında olarsa təsir edər.

Odur ki, Samsung şirkəti yeni partiya Galaxy S8 modellərində “itlərdən uzaq tutun” qeydi həkk edib.

Şəfiqə ŞƏFA