Ölən direktorun son sözləri: "Evdə təkəm, pəncərə silirəm" (YENİLƏNDİ)

24 Aprel 2017 14:36 (UTC+04:00)

Yıxılaraq dünyasını dəyişən məktəb direktoru Polad Hüsnü oğlu Əjdərovun ölümünün təfərrüatı bəlli olub.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Lent.az-a bildirilib ki, 1968-ci il təvəllüdlü P.Əjdərov evdə pəncərələri silərkən yaşadığı binanın 6-cı mərtəbəsindən yıxılıb.

O, ölümündən əvvəl anası ilə danışıb və evdə tək olduğunu, pəncərələri sildiyini deyib.

Qeyd edək ki, P.Əjdərovun ürək xəstəliyindən əziyyət çəkdiyi və səhhətinə görə martın 1-də öz ərizəsi ilə işdən çıxdığı bildirilir.

***

Bakıda məktəb direktoru faciəli şəkildə ölüb.

Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə İnşaatçılar prospekti, 33A ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Polad Hüsnü oğlu Əjdərov yıxılaraq ölüb.

Polisdən bildirilib ki, P.Əjdərov məktəb direktoru olub. (apa)