3 küçədə hərəkət məhdudlaşdırılır

24 Aprel 2017 12:45 (UTC+04:00)

Paytaxtda daha Nəsimi və Səbail rayonlarında 3 küçədə hərəkət məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən Publika.az-a bildirilib ki, paytaxtda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq, Nəsimi rayonu Yusif Vəzir Çəmənzəminli və Səməd Vurğun, həmçinin Səbail rayonu Rəşid Behbudov küçələrində müvafiq işlər aparılacaq.

Rənglənmə işlərinə bu axşam 22:00-dan etibarən start veriləcək. İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.