Daha bir generalın məhkəməsi başlayır – MTN işi

24 Aprel 2017 13:01 (UTC+04:00)

MTN-in sabiq Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işi icraata verilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçiriləcək prosesə hakim Elbəyi Allahverdiyev sədrlik edəcək.

Məhkəmənin hazırlıq iclası aprelin 27-ə təyin edilib.

Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN barəsində aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.