Peterburqda metro stansiyası bağlandı - TƏHLÜKƏ

24 Aprel 2017 19:52 (UTC+04:00)

Sankt-Peterburqda "Texnologiya institutu" metro stansiyası sərnişinlərin giriş-çıxışı üçün bağlanıb.

Trend-in məlumatına görə, buna səbəb sahibsiz tapılan əşya olub.

Peterburq metropoliteninin yaydığı məlumata görə, metroya sərnişinlərin giriş və çıxışı saat 17:37 dəqiqədən bağlanıb.

İnsidentlə əlaqədar "Parnas" və "Devyatkino" stansiyaları istiqamətində qatarlar hazırda platformada dayanmadan keçir.