Bu içkiləri qarışdırmayın - QORXUNC NƏTİCƏ

24 Aprel 2017 23:23 (UTC+04:00)

Spirtli içkilərlə energetik içkiləri qarışdırmaq orqanizm üçün ikiqat zərərlidir.

Publika.az xəbər verir ki, bu qarışıqlığı sevən insanlar ürək, sinir sisteminin tədricən sıradan çıxması ilə üzləşəcəklər.

Belə qarışıq içkilərin daha qorxunc nəticəsi ola bilər: hallusinasiyalar yaranar və içkili adamlar ətrafındakı insanlara zərərli ola bilər. Üstəlik, bu qarışıq içki gənclər üçün daha təhlükəli hesab edilir. Çünki gənclərdə enerji axını onsuz da yüksəkdir, belə içkilər isə dozanı aşmaq deməkdir.

Şəfiqə ŞƏFA