Bakı şəhər prokuroru Ali Məhkəmənin hakimi seçildi

25 Aprel 2017 12:57 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında Bakı şəhər prokuroru Əziz Seyidovun Ali Məhkəmənin hakimliyinə namizədliyi irəli sürülüb.

Publika.az xəbər verir ki, Ali Məhkəməyə yeni hakimin təyin olunması ilə bağlı Əziz Seyidovun namizədlik məsələsi Milli Məclisin gündəliyinə salınıb.

İclasda Əziz Seyidovun Ali Məhkəmənin hakimliyinə təyin olunması səsə qoyularaq qəbul edilib.

Vasif Həsənli