Amerikalı hərbi təlimatçılar Donbasda - Rusiya ilə QARŞIDURMA

25 Aprel 2017 16:38 (UTC+04:00)

Amerika hərbi təlimatçıları Ukraynanın şərqinə münaqişə zonasına gəliblər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı rejimin “Müdafiə Nazirliyi”ndən bildirilib.

“Bizim mənbələrimizin məlumatına görə, münaqişə zonasında yerləşən hərbi hissələrdə amerikalı hərbi təlimatçılar yerləşdirilib”, - “DXR”in operativ komandanlığının komandan müavini jurnalistlərə deyib.

O qeyd edib ki, təlimatçıların gəlişinin hədəflərindən biri Ukrayna ordusunun döyüş hazırlığının yoxlanılmasıdır.

Ömər Dağlı