Baş nazir "terrorizm" sözüylə "turizm" sözünü səhv saldı

26 Aprel 2017 03:00 (UTC+04:00)

Böyük Britaniyanın baş naziri Tereza Mey çıxışı zamanı "terrorizm"lə "turizm" sözlərini səhv salıb.

Publika.az xəbər verir ki, bu barədə "The Mirror" qəzeti yazıb.

"Biz turizmin qarşısının alınmasında dünyanı arxamızca aparmaq istəyirik", - deyə Mey bildirib.

Qəzet ehtimal edir ki, Mey "terrorizm" sözünü nəzərdə tutub. Lakin baş nazir səhvini düzəltməyib və çıxışıını davam etdirib.