Hitlerin nəşinin tanınmasında iştirak edən görkəmli yazıçı dünyasını dəyişdi

26 Aprel 2017 08:36 (UTC+04:00)

Adolf Hitlerin meyitinin tanınmasında iştirak edən hərbi yazıçı Yelena Rjevskaya 98 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə onun nəvəsi Lyubov Summ "Facebook" səhifəsində məlumat verib.

"Dostlar, o sizi xatırlayır və sevirdi", — deyə Summ yazıb.

Yelena Rjevskaya Berlinə hücumu zamanı Adolf Hitlerin axtarışında və nəşinin tanınmasında iştirak edib. O, 1948-ci ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. SSRİ-nin Yazıçılar İttifaqının üzvü idi. Rjevskaya "Berlin, may 1945", "Fevral — əyri yollar", "Yaxın yanaşmalar", "Durğu işarələri", "XX əsrin çiyinləri arxasında" kimi kitabların müəllifi idi. (Report)