Polkovnik Qənizadə 4-cü dəfə evləndi - FOTO

26 Aprel 2017 11:39 (UTC+04:00)

Ehtiyatda olan polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadə yenidən ailə həyatı qurub.

Ə.Qənizadənin yeni həyat yoldaşı Gülşən Hüseynova da Hərb Tarixi Muzeyində çalışır. 1957-ci il təvəllüdlü olan Ə.Qənizadənin (60 yaş) ailə həyatı qurduğu Gülşən Heydərova (32yaş) 1985-ci ildəndir.

Polkovnik Ə. Qənizadə Əfqanıstanda və Qarabağda döyüşlərdə iştirak edib. 1992-1993-cü illərdə Qarabağda gedən döyüşlərdə reyd taborunun komandiri, 1993-cü ilin əvvəllərində 701 saylı briqadanın komandiri olub. O, Bakı Ümumqoşun Komandirləri Məktəbində müdafiə naziri Zakir Həsənovla bir yerdə təhsil alıb.

Məlumatda həmçinin o da bildirilir ki, bu, Ə.Qənizadənin 4-cü evliliyidir. (a24.az)