300-dən çox şagird məktəb yeməkxanasında zəhərləndi

28 Aprel 2017 02:39 (UTC+04:00)

Fransanın Ruan şəhərində 300-dən çox şagird məktəb yeməkxanasında nahar etdikdən sonra zəhərlənib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, insident 50-dək təhsil müəssisəsini əhatə edib. Qida məhsullarının 41 məktəb və 6 uşaq bağçasına eyni kombinatdan tədarük olunduğu məlum olub.

Səhhətində problemlər yaranan uşaqların bir hissəsinə yerindəcə tibbi yardım göstərilib, qalanları isə xəstəxanalara çatdırılıblar. Onların həyatının təhlükədə olmadığı bildirilir.