Külək beşmərtəbəli binanın damını uçurdu - XAÇMAZDA

28 Aprel 2017 09:15 (UTC+04:00)

Güclü külək Xaçmaz rayonunda bir sıra fəsadlar törədib.

Xaçmaz şəhəri, Nəriman küçəsində yerləşən 74 saylı 5 mərtəbəli yaşayış binasının damını külək uçurub. Hadisə zamanı xəsarət alan olmayıb.

Güclü külək nəticəsində rayonun elektrik təsərrüfatını da ziyan dəyib, bəzi ərazilərdə ağaclar aşıb. (apa)