Azərbaycan-İran sərhədində ZƏLZƏLƏ

28 Aprel 2017 11:55 (UTC+04:00)

İran ərazisində zəlzələ baş verib.

Seysmoloji Xidmət Mərkəzindən Publika.az-a verilən məlumata görə, zəlzələ Bakı vaxtı ilə saat 10.46-da qeydə alınıb. 3.6 maqnitudalı zəlzələ 7 km dərinlikdə baş verib və Azərbaycanın həmsərhəd rayonlarında 3 bala qədər hiss olunub.