Ərdoğanın İsveçrədəki “agenti” həbs olundu

28 Aprel 2017 13:10 (UTC+04:00)

İsveçrədə türk mənşəli bir polis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana agentlik etməkdə ittiham olunaraq həbs edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 37 yaşındakı polis Avropa Türk Demokratları Birliyinin toplantılarına qatıldığı üçün belə bir ittihamla üzləşib.

Bundan başqa, onun polis mərkəzinin binasında Avropa Türk Demokratları Birliyinin İsveçrə üzrə nümayəndələrinin toplantılar keçirməsinə şərait yaratdığı bildirilir.

Ömər