Qaraçı kassiri hipnoz edib 10 min rublu oğurladı - İNANILMAZ OĞURLUQ - VİDEO

28 Aprel 2017 14:00 (UTC+04:00)

Rusiyanın Kirov vilayətində maraqlı oğurluq hadisəsi baş verib.

Kirov vilayətində yerləşən stomatoloji klinikada qeyri-adi soyğun olub. Tibb mərkəzinə daxil olan "qaraçı" qadın məlumat şöbəsinə yaxınlaşıb.

Publika.az xəbər verir ki, mərkəzin təhlükəsizlik kameralarına düşən görüntülərdə qadının gülərək mərkəz işçisindən nəsə soruşduğu görünür.

5 dəqiqə davam edən söhbətin sonunda qadınlar mərkəzin küncündəki divanda əyləşiblər. Qaraçı qadının falına baxmağı təklif edir. Bir anda mərkəz işçisi dizləri üstünə oturaraq ona təşəkkür etməyə başlayır.

Qadını qeyri-adi şəkildə hipnoz edən qaraçı mərkəzin kassasında olan 10 min rubldan çox pulu götürərək hadisə yerindən naməlum istiqamətdə uzaqlaşıb.

Faktla bağlı araşdırma davam edir.

Könül Cəfərli