Tillerson: “Şimali Koreyanın ABŞ-a nüvə zərbəsi endirməsi zaman məsələsidir”

28 Aprel 2017 20:13 (UTC+04:00)

“Şimali Koreyanın Seul və Tokioya nüvə zərbəsi endirməsi realdır”.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Reks Tillerson BMT Təhlükəsizlik Şurasının iclasında bəyan edib. O bildirib ki, gələcəkdə Pxenyanın ABŞ-a zərbə endirmək imlanı yaranacaq.

“Ona görə də buna biganə qala bilmərik. Şimali Koreyanın ABŞ-a zərbə endirmək imkanlarının yaranması sadəcə zaman məsələsidir”, - deyə o vurğulayıb.