İmişlidə toydan evə qayıdan piyadanı avtomobil vurdu

29 Aprel 2017 03:23 (UTC+04:00)

İmişlidə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Məzrəli kəndində qeydə alınıb.

Belə ki, toydan evə qayıdan həmin kəndin sakini, 39 yaşlı Yasər Mürşüd oğlu Nərimanovu yolda minik avtomobili vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)