Bağdaddakı partlayışın sifarışçisi məlum oldu

29 Aprel 2017 07:00 (UTC+04:00)

İŞİD terror qruplaşması İraqın paytaxtı Bağdadda baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın xəbərinə görə, bu barədə İraqın güc strukturlarındakı mənbə Reuters agentliyinə bildirib.

Xəbər verildiyi kimi, aprelin 28-də Bağdadın mərkəzində minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində 6 nəfər ölüb, 7 nəfər yaralanıb.