Ərəblər bunu da etdi - Bundan sonra komputerdə...

30 Aprel 2017 22:55 (UTC+04:00)

Dubayın varis şahzadəsi şeyx Xamdan Ben Məhəmməd Ben Rəşid Al Maktum “Microsoft”la birlikdə şəxsi şriftin yaradılacağını elan edib.

Publika.az xəbər verir ki, yeni şriftin adı “Dubai Font” olacaq.

“Dubai Font” şriftinin işə salınması bizim üçün rəqəmsal dünyada birinci olmaq baxımından mühüm addımdır” - deyə şahzadə bildirib.

O, həmçinin qeyd edib ki, şrift unikal xarakteristikalarla hazırlanıb. Özünü ifadə etməni və oxumanı stimullaşdıran “Dubai Font” 23 dildə əlçatan olacaq.

Pərviz