ŞOK AİLƏ DRAMI – Qardaşlarını və onların həyat yoldaşlarını öldürdü – FOTOLAR

1 May 2017 10:03 (UTC+04:00)

Türkiyənin Adana şəhərinin Ceyhan qəsəbəsində 4 nəfərin ölümünə səbəb olan ailə faciəsi törədilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Ceyhan qəsəbəsinin Dokuztekne məhəlləsinin sakini Əhməd Albayrak ailənin 4 üzvünü tapança ilə atəş açaraq öldürüb, sonra da intihara cəhd etmək istəyib.

Qatil 4 ailə üzvünü öldürdükdən sonra, 1 nəfəri isə yaralayıb. Daha sonra intihar etmək istəyən zaman polislər tərəfindən xilas edilib və həbs olunub.

Əhməd Albayrak istintaqa ifadəsində faciənin səbəbini açıqlayıb. O deyib ki, faciənin törədilməsinin əsas səbəbi yaşadıqları 3 mərtəbəli evin suyunun ortaq istifadə edilməsi olub.

Öldürülənlər Əhməd Albayrakın qardaşları - Yusif və Mustafa Albayrak, qardaşlarının həyat yoldaşları - Gülsüm ve Teslime Albayrakdır.

Əhməd Albayrak qardaşlarının həyat yoldaşlarına tapança ilə atəş açan zaman güllə qardaşı oğlu, 9 yaşlı Furkan Albayraka da dəyib. Nəticədə, 9 yaşlı uşaq yaralanıb.

Vasif Həsənli