Bakıya gələn məşhur türk aktrisası AZƏRBAYCANLI KİŞİ AXTARIR - FOTOLAR

4 May 2017 12:05 (UTC+04:00)

Türkiyənin tanınmış aktrisalarından olan Pelin Sönmez dünən Nizami Kino Mərkəzində keçirilən “Xənnas” filminin qala gecəsində iştirak edib.

Publika.az xəbər verir ki, “Yanlış anlama” filminin çəkilişləri üçün Bakıya gələn aktrisa təəssüratlarını bizimlə bölüşüb:

“Təxminən 3 həftədir ki, Bakıdayam. “Yanlış anlama” filminin çəkilişləri davam edir. Sosial şəbəkələrdə Azərbaycandan tez-tez mənə mesajlar və xoş sözlər yazırdılar, amma Bakıda bu qədər sevildiyimi bilmirdim. Azərbaycanda film sahəsinə böyük yatırımlar edilir, dövriyyəyə yeni-yeni ekran işləri çıxır. Çox gözəl qarşılandım, əslində özümü yad ölkədə hiss etmirəm, sanki öz vətənimdəyəm. Çünki bizim ortaq keçmişimiz və tariximiz var”.

Aktrisa Bakıda yaşamağı planlaşdırdığını da etiraf edib: “Əgər bir səbəb olsa, böyük məmnuniyyətlə Azərbaycana köçərəm. Hətta Ağ şəhərdə evlərin qiymətləri ilə maraqlandım. Azərbaycanlı bir bəylə də evlənə bilərəm. Sözsüz ki, evlilik təklifini qəbul etmək üçün dəlicəsinə aşiq olmalıyam”.

28 yaşlı aktrisa 8 il Çengiz Çolakla evli olub.

Qeyd edək ki, “Yanlış anlama” Türkiyə və Azərbaycandan iki ailənin birlikdə 10 gün keçirməsindən bəhs edir. İki dilin və mədəniyyətin həm yaxınlığı, həm fərqliliyi nəticəsində ortaya komik macəralar çıxacaq. Əyləncəli bir səhv başa düşülmə hekayəsini izah edən filmin rejissoru kürsüsündə Ulaş Cihan Şimşək oturur. Filmin ssenarisi isə Ayberk Çınara aiddir.

Ekran işində azərbaycanlı aktyorlardan Pərvin Abıyeva, Fərda Xudaverdiyev və İslam Mehrəliyev rol alıb. Türkiyəli yaradıcı həyətə isə Şevket Çoruh, Hakan Bilgin, Sennur Nogaylar, İlhan Daner, Bahadır Efe, Duygu Karaca, Pelin Sönmez kimi məşhurlar daxildir.

Aytən,

Fotolar: Nurlan Gülməmmədov