Bir snayper gülləsi ilə iki nəfəri vurdu - VİDEO

4 May 2017 20:53 (UTC+04:00)

Yəməndə husi döyüşçülərdən birinin snayperlə Səudiyyə Ərəbistanının əsgərlərinə açdığı atəşin görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, görüntülərə görə, husi döyüşçüsü bir atəşlə iki nəfəri vurur.

Yəməndə vətəndaş müharibəsi 2014-cü ildən şiə husi qiyamçıları ilə hökumət qoşunları arasında gedir. Döyüş əməliyyatları 2014-cü il iyulun 8-də başlanıb. Müxtəlif qiymətləndirmələrə görə, tərəflərin ümumi itkiləri 30 min nəfərə çatır.

Ömər