Gəncədə DƏHŞƏTLİ CİNAYƏT: ər hamilə arvadının boğazını kəsdi - TƏFƏRRÜAT (YENİLƏNDİ)

9 May 2017 10:59 (UTC+04:00)

Gəncə şəhərində hamilə qadının boğazının kəsilməsi ilə bağlı təfərrüat məlum olub.

Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Ramin Kamil oğlu Qarayev keçmiş həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ülviyyə Əliyevanın boğazını kəsdikdən sonra intihara cəhd edərək özünü bıçaqlayıb. Ü.Əliyeva Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı xəstəxanaya yerləşdirilib. R.Qarayev isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Ü.Əliyevanın qohumları hadisənin qısqanclıq zəminində baş verdiyini bildiriblər.

Belə ki, R.Qarayev və Ü.Əliyeva ailə qurublar. Lakin övladları olmadığından boşanıblar. Xəstəxanalardan birində tibbi bacısı işləyən Ü.Qarayeva başqası ailə həyatı qurub.

Faktla bağlı araşdırmalara başlanıb. (report)

***

Gəncə şəhərində ər hamilə arvadının boğazını kəsib, özünü isə bıçaqlayıb.

Hadisə şəhərin Kəpəz rayonu ərazisində yerləşən "Sərçə bazarı"adlanan ərazidə baş verib.

Hələlik adı məlum olmayan şəxs hamilə arvadı - 1983-cü il təvəllüdlü Ülviyyə Əliyevanın boğazını kəsdikdən sonra intihara cəhd edərək özünü bıçaqlayıb.

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)