Moskvanın zəif yeri tapıldı - Rusiya üçün QORXUNC PROQNOZ

13 May 2017 17:09 (UTC+04:00)

“Putin Rusiyasını böyük gözlənilməzliklərlə qarşı-qarşıyadır, çünki ölkədə cavan insanların qəzəblənmiş nəsli yetirşir”.

Publika.az xəbər verir ki, bunu “Obozrevatel.LIVE”nin efirində “LA Times”in əməkdaşı Sergey Loyko bildirib.

Onun sözlərinə görə, Rusiyada korrupsiya ilə mübarizə aparan müxalifət siyasətçisi Aleksey Navalnı gənclər arasında məşhurluq qazanır.

“Rusiyada bizi böyük gözlənilməzliklər gözləyir. Navalnı hazırda rejimin ən zəif yerindən vurur. Bu, korrupsiyadır. Onun auditoriyası cavan insanlardır. Onlar valideynləri kimi “zombi-yeşiyə” baxmadan böyüdülər. Onlar Kremlin təbliğatına reaksiya vermirlər”, - jurnalist deyib.

Ömər Dağlı